Modern.az

Britaniyanın Aİ-də üzv kimi qalmasına dair referendumun vaxtı dəqiqləşib

Britaniyanın Aİ-də üzv kimi qalmasına dair referendumun vaxtı dəqiqləşib

20 Fevral 2016, 21:57

 

Böyük Britaniyanın Avropa İttifaqında (Aİ) üzv olaraq qalmasına dair referendum iyunun 23-də keçiriləcək. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Devid Kemeron bəyan edib.

 Qeyd edək ki,  referendumun tarixinə dair qərar bu gün, Britaniyanın Nazirlər Kabinetində ölkənin Aİ-də yeni statusu ilə bağlı keçirilən müzakirələr zamanı qəbul edilib.   

Devid Kemeron referendumla bağlı qərarın bazar ertəsi, fevralın 22-də  parlamentə təqdim edəcəyini bildirib.

Qeyd edək ki, Aİ liderləri 18-19 fevral tarixlərində Brüsseldə Böyük Britaniyanın birlikdə üzv olaraq qalmasının yeni şərtlərini müzakirə ediblər.  Böyük Britaniyanın baş nazirinin irəli sürdüyü yeni şərtlər dörd sahəni əhatə edir – rəqabət, suverenlik, sosial siyasət və iqtisadi idarəçilik.   

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu