Gəncədə ağır qətl hadisəsi törədilib. Modern.az saytı xəbər verir ki, fevralın 20-də axşam saatlarında xəstəxanaya üzərində odlu silah yarası olan təxminən 25-30 yaşlarında kişi daxil olub. Müayinə zamanı həmin şəxsin öldüyü müəyyən edilib.
APA-nın məlumatına görə, araşdırma zamanı qətlə yetirilən şəxsin Gəncə şəhər sakini, 1984-cü il təvəllüdlü Elmir Cəlilov olması müəyyənləşdırılıb. Onun hansı şəraitdə öldürüldüyü hələlik məlum deyil.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Modern.az