Modern.az

Azərbaycanda təbiət hadisəsi baş verib - kiçik çillə çıxdı

Azərbaycanda təbiət hadisəsi baş verib - kiçik çillə çıxdı

21 Fevral 2016, 12:19

Xalq arasında uzun illərin müşahidələri əsasında formalaşan qeyri-rəsmi təqvimə görə, yanvarın 31-dən Azərbaycan ərazisində qışın oğlan çağı – kiçik çillə başlamışdı. Modern.az-ın məlumatına görə, bu təqvimlə fevralın 20-də kiçik çillə çıxıb, öz yerini boz aya verib.

Kiçik çillə adətən şaxtası, sazağı, qarı-çovğunu ilə fərqlənir. Amma bu il Azərbaycan ərazisində, xüsusilə də Bakıda belə hava şəraitinin şahidi olmadıq.

Xalq təqviminə görə, qış fəsli 3 hissəyə bölünür: böyük çillə 40 gün, kiçik çillə 20 gün çəkir. Onlardan sonra Novruzadək qalan 30 gün boz ay adlanır.
Bu təqvimlə dekabrın 21-dən yanvarın 30-dək böyük çillə, yanvarın 31-dən fevralın 20-dək kiçik çillə, fevralın 21-dən martın 20-dək boz ay davam edir. Martın 21-də daha bir təbiət hadisəsi - yaz gecə-gündüz bərabərliyi baş verəcək.

Deməli bu gündən boz ayı yaşayırıq. Bu il boz ayın ilk çərşənbəsi gələn həftəyə - fevralın 23-nə təsadüf edəcək. El inamına görə, Novruz çərşənbələrində yazın nəfəsi növbə ilə suyun, ağacların, torpağın canına hoparaq onları oyadır.

23 fevralda su, 1 martda od, 8 martda yel, 15 martda torpaq çərşənbəsi qalancaq.

Dədə-babalarımız həmişə bu təqvimə uyğun davranıblar...

A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu