Modern.az

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

21 Fevral 2016, 14:31

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, fevralın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. gecə yarımadanın bəzi yerlərində az yağış yağacağı ehtimalı var.

Bəzi yerlərdə duman olacaq. Cənub küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 4-6 dərəcə isti, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

Azərbaycan rayonlarında arabir yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərcəyədək isti, gündüz 7-12 dərəcə isti olacağı ehtimal edilir. Dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacağı gözlənilir.

Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu