Modern.az

İzmirdə işğala, terrora və əsassız iddialara qarşı beynəlxalq forum keçirilib

İzmirdə işğala, terrora və əsassız iddialara qarşı beynəlxalq forum keçirilib

21 Fevral 2016, 21:22


Fevralın 20-də Türkiyənin İzmir şəhərində "İşğala, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forumun İkinci (İzmir) Toplantısı keçirilib. Beynəlxalq Forumun birinci, Təsis Toplantısı 29 dekabr 2015-ci ildə Azərbaycanın paytaxtı Bakıda keçirildi. Beynəlxalq Forum Türkiyə, Azərbaycan və Gürcüstandan olan Qeyri-Hökumət Təşkilatlarının iştirakı ilə yaradılıb. Forumun yaradılmasında məqsəd Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılması, qondarma “erməni soyqırımı” iddialarının ifşa edilməsi, region münaqişələrinin, o cümlədən, Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya münaqişələrinin həllinə ictimai dəstəyin verilməsi, Forumda təmsil olunan ölkələr arasında xoş münasibətlərin inkişaf etdirilməsinə   yardım edilməsindən ibarətdir.

Toplantı iştirakçıları öncə Izmir şəhərində Cümhuriyyət  pakında Atatürkün abidəsini ziyarət etdilər. İzmir Toplantısına İran, Bolqarıstan Tatarıstan və Əfqanıstandan qeyri- hökumət təşkilatlarını nümayəndələri müşahidəçi qismində iştirak ediblər.

İzmir Toplantısında Bakı toplantısında əsas kimi qəbul olunmuş Təsis Bəyannaməsi əlavə və düzəlişlərlə iştirakçı təşkilatlar tərəfindən imzalandı.

Forum iştirakçıları BMT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Avropa İttifaqı, ATƏT, həmçin digər beynəlxalq və regional qurumların prinsip və tələblərinə uyğun olaraq bütün dövlətlərin ərazi bütövlüyünə, suveren hüquqlarına hörmətlə yanaşır, istənilən ölkənin daxili işlərinə müdaxiləni, işğal, təcavüz, etnik təmizləmə, terror hərəkətlərini pisləyir, sivil dünyanı bu cür mürtəce hərəkətlərə qarşı birlikdə mübarizə aparmağa çağırır və bu mübarizənin ön sıralarında olacaqlarını bəyan edirlər.

İzmir toplantısında Forumda təmsil olunan ölkələr arasında xoş münasibətlərin inkişaf etdirilməsi, ATƏT Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı yarıtmaz fəaliyyəti, Rusiya- Türkiyə  münasibətlərinin gərginləşməsi ilə bağlı regionda yaranan vəziyyət və digər məsələlər müzakirə olunur, qəbul olunmuş qərarlar Forumun Yekun Qətnaməsinə daxil edildi. Eyni zamanda İran, Bolqarıstan Tatarıstan və Əfqanıstandan qeyri- hökumət təşkilatlarını foruma üzv qəbul edildilər və Beynəlxalq Forumun mərkəzi ofisinin Bakı şəhərində yerləşməsi qərara alındı.







Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu