Modern.az

Buzovnada iki balıqçı xilas edilib

Buzovnada iki balıqçı xilas edilib

22 Fevral 2016, 00:29

 

Buzovnada iki balıqçı xilas edilib. Modern.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir ki, Bakı şəhəri, Xəzər rayonu ərazisində dənizdə (“Buzovna” sularda xilasetmə məntəqəsindən 3 km aralıda, nəzarətsiz ərazidə) 2 nəfər balıqçı köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları xilas ediblər və qayığı sahilə çıxarıblar.  

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu