Magistraturaya qəbul imtahanının birinci mərhələsi üzrə onlayn sınaq imtahanı aparılır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Modern.az-a verilən məlumata görə, arzu edənlər Komissiyanın internet saytının müvafiq səhifəsində ( //eservices.tqdk.gov.az/sinaq/) qeydiyyatdan keçərək online rejimdə sınaq imtahanı verə bilərlər.
Xatırladaq ki, magistraturaya sınaq imtahanına yazılış fevralın 20-dən başlayıb.
Qeyd edək ki, magistraturaya imtahanın birinci mərhələsi martın 6-da, ikinci mərhələsi isə iyunun 5-də keçiriləcək. 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarında iştirak etmək istəyən 24 109 nəfər "Elektron ərizə" formasını təsdiq edib. Onlardan 21 817 nəfəri Azərbaycan, 2 292 nəfər isə rus bölməsinin bakalavrıdır.
Aytən ZƏHRA