Modern.az

Bakıdakı ana ölümlərinin səbəbi açıqlandı - RƏSMİ

Bakıdakı ana ölümlərinin səbəbi açıqlandı - RƏSMİ

22 Fevral 2016, 11:56

Bakının Sabunçu rayonu 3 saylı Şəhər Klinik Xəstəxanasında doğuşdan iki gün sonra vəfat edən Elnurə Xanəliyevanın ölüm səbəbi aydınlaşıb. Bu barədə Modern.az-a Səhiyyə Nazirliyinin Hamiləlik, doğuş və zahılıq dövrlərində ölüm, mamalıq ağırlaşmaları hallarının təhlili üzrə Komissiyanın sədri Leyla Rzaquliyeva məlumat verib. O qeyd edib ki, həmin qadına ağır gedişli pnevmaniyadan vəfat edib.

Komissiya sədri Pirallahıdan ölan daha bir qadının isə qanaxmadan vəfat etdiyini vurğulayıb. O qeyd edib ki, həkimlər doğuşdan sonra əllərindən gələni etsə də, qanaxmanı saxlaya bilməyiblər.

L.Rzaquliyeva bildirib ki, hər iki qadın doğuşdan sonra vəfat etsə də, onların övladları sağdır və saölamdırlar.

Aytən ZƏHRA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu