Modern.az

Azərbaycanda qiymətləndirmə sahəsi müzakirə ediləcək

 Azərbaycanda qiymətləndirmə sahəsi müzakirə ediləcək

22 Fevral 2016, 12:16

Sabah Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin təşkilatçılığı ilə Ermənistanın silahlı təcavüzü nəticəsində Azərbaycanın məruz qaldığı itkilərin qiymətləndirilməsi metodologiyasının müzakirəsi və qiymətləndirmə fəaliyyətinin təşkili və mövcud problemlər mövzusunda tədbir keçiriləcək.

Cəmiyyətdən  Modern.az-a  verilən məlumata görə, fevralın 23-də saat 10-da “Park İnn” otelində başlayacaq tədbirdə Milli Məclisin deputatları, Qiymətləndirmə şirkətlərinin rəhbərləri, tanınmış iqtisadçılar, müxtəlif elmi tədris mərkəzlərinin geoloq və coğrafiyaçıları, Qeyri Hökumət Təşkilatlarının, rieltor firmalarının, dini qurumların, həmçinin digər təşkilatların nümayəndələri iştirak edəcəklər.

Toplantıda müxtəlif tarixi mərhələlərdə Azərbaycanın məruz qaldığı zərərin ödənilməsi prosesinə yanaşılması qaydaları, habelə zərərçəkən tərəfin məruz qaldığı itki və tələfatların müəyyən edilməsi metodologiyası ətrafında müzakirələr aparılacaq. Tədbirdə həmçinin Azərbaycanda qiymətləndirmə fəaliyyətinin təşkili və bu xidmət sahəsinin mövcud problemləri müzakirə ediləcək.  

 Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?