Modern.az

Azərbaycanda dövlət idarələrinin saytları niyə işləmir? - AÇIQLAMA

Azərbaycanda dövlət idarələrinin saytları niyə işləmir? - AÇIQLAMA

22 Fevral 2016, 12:27



Hazırda Mərkəzi Bank, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın və eyni zamanda bir neçə dövlət qurumunun rəsmi saytı işləmir.

Məsələ ilə bağlı Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev Modern.az saytına hazırda araşdırma aparıldığını deyib: “Məlumat əldə edilən kimi ictimaiyyətə açıqlama veriləcək”.

Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın  mətbuat xidmətinin rəhbəri Asəf Əliyev də saytımıza hazırda araşdırma aparıldığını bildirib: “Amma məlumdur ki, problem bizlik deyil”.

Bu arada məlum olub ki, Azərbaycanda ks dövlət idarələrinə məxsus saytlar müvəqqəti işini dayandırıb.

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Kompüter insidentlərinə qarşı mübarizə mərkəzindən (CERT) Trend-ə verilən məlumata görə, Azərbaycanın dövlət idarələrinə məxsus saytların işində yaranmış müvəqqəti problem aparılan profilaktik işlərlə əlaqəlidir.

Mərkəzdən əlavə ediblər ki, yaxın dəqiqələrdə saytlar işini bərpa edəcək.


Gülşən Raufqızı
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu