Modern.az

Xocalı soyqırımı ilə bağlı Avropa Parlamentinə müraciət edildi

Xocalı soyqırımı ilə bağlı Avropa Parlamentinə müraciət edildi

22 Fevral 2016, 12:39

Avropa Azərbaycanlıları Konqresi Xocalı Soyıqırımı ilə bağlı Avropa Parlamentinin  İnsan hüquqları  komitəsinə müraciət göndərib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, Avropa Azərbaycanlıları Konqresi (AAK) "1992-ci ildə Xocalı sakinlərinə qarşı törədilmiş qətliamın cinayət kimi tanınması və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli"nə dair Avropa Parlamentinin  İnsan hüquqları  komitəsinin yeni seçilmiş sədri Elena Valensaya  müraciət göndərib.

Müraciətdə Avropa Parlamentindən Dağlıq Qarabağ münaqişəsinin müvafiq beynəlxalq normalara uyğun olaraq həllinə münasibət bildirməsi , 26 fevral 1992-ci ildə ermənilər tərəfindən Xocalı sakinlərinə qarşı həyata keçirilmiş soyqırım aktını müharibə zamanı törədilmiş cinayət kimi qiymətləndirməsi , həmçinin, Ermənistan Prezidenti Serj Sarkisyanın bu hadisələrin cinayətkarı kimi məsuliyyətə cəlb olunması tələb edilib. Bundan başqa, soyqırımının beynəlxalq ekspertlərdən ibarət komissiya tərəfindən araşdırılması, ATƏT-in Minsk Qrupuna üzv olan ölkələrin başçılarından münaqişənin həllinə və sülh əldə edilməsinə cəhd göstərmələri istənilib.

Müraciətdə İslam Konfransı Gənclər Forumunun Baş koordinatoru Leyla Əlievanın  təşəbbüsü ilə irəli sürülən  “Xocalıya ədalət” kampaniyası haqqında məlumat təqdim edilib. AAK Avropa Parlamentinin diqqətini bu kampaniyanın bir sıra ölkələrdə  apardığı “Justice for Khojaly” ictimai – media fəaliyyətinə yönəldərək Xocalı soyqırımına dair siyasi  münasibət  bildirilməsini tələb edib.

Qeyd edək ki, AAK Xocalı Soyqırımını  daha geniş kütlələlərə çatdırmaq məqsədi ilə “Facebook” sosial şəbəkəsində soyqırıma həsr olunan səhifə yaradıb (//www.facebook.com/KhojalyMassacre1992Photos/info?tab=page_info).

Həmçinin, Xocalı soyqırımına dair  məlumatların yer aldığı açıqcalar çap etdirib.  Bu açıqcalarda  “Xocalıya ədalət” kampaniyasının təqdim etdiyi  “Xocalı uşaqların gözü ilə” sərgisindən olan fotolar  və Xocalı hadisələri  haqqında məlumatlar əks etdirilib. Açıqcalar Almaniyanın Şimal Vestfalen əyalətinin parlamentinə və Avropa Parlamentinin  İnsan hüquqları  komitəsinə  göndərilib.

Aytən ZƏHRA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu