Modern.az

Bakı sakimi "Topaz”da 80 min manat uduzdu

Bakı sakimi "Topaz”da 80 min manat uduzdu

22 Fevral 2016, 15:55



Bakı sakini "Topaz"da 80 min manat uduzub.

Modern.az saytı Report-a istinadən bildirir ki, 1988-ci il təvəllüdlü Taleh Musayev nisyə 80 min manat pulu oyunlara yazdırıb.

Hadisə Nərimanov rayonu, A.Nemətulla küçəsi,49Q-də yerləşən "Topaz" idman mərc oyunları məntəqəsində baş verib.

Məntəqəni işlədən Bakı şəhər sakini İlqar Məmmədov polisə müraciət edib və T.Musayevdən şikayətçi olub. O bildirib ki, T.Musayev nisyə 80 min manat pulu oyuna yazdıraraq uduzub, lakin pulunu ödəməyib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 17-ci Polis Bölməsində (PB) araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu