İŞİD terror təşkilatı tərəfindən 11 yaşlı oğlanın öz atasının əlini öpərək, bomba yüklü maşında terror həyata keçirməyə hazırlaşmağının şəkilləri yayılıb.
Modern. az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Hələb əyalətində çəkilən fotolar sosial şəbəkələrə “Oğlum məni keçdi-Mücahidin Qisası” başlıqlarla paylaşılıb.
Əbu İmara Əl –Omri adlı 11 yaşlı uşağın bomba yüklü maşında bir İŞİD terrorçusundan necə təlimat aldığı fotogörüntülərdə yer alıb.
Paylaşılan görüntülərin sonunda 11 yaşlı Əbu İmara Əl–Omri maşının içində atasının əlini öpərək, onunla vidalaşır.
Təlimatçı terrorçular “cənnət səni gözləyir” sözlərindən sonra bir müddət maşını işə salan uşağın yanında qalırlar.
Sonda isə uzaqdan maşının necə parlayaraq kül olmasını kameraya çəkirlər.
Bu 11 yaşlı Əbu İmara Əl–Omri bomba yüklü maşınlarda hıyata keçirilən terror aktlarında həyatını itirən 89 uşaqdan biridir.
Qeyd edək ki, artıq 11 yaşlı Əbu İmara Əl –Omrinin Hələbin Qhazi bölgəsində Əsəd rejiminə qarşı bomba yüklü maşında baş verən terrorda öldüyü xəbərləri təsdiqlənib.
Ağa AKİFOĞLU