Modern.az

Nazir I sinfə şagird qəbuluna dair əmr imzaladı

Nazir I sinfə şagird qəbuluna dair əmr imzaladı

22 Fevral 2016, 18:20

Təhsil naziri Mikayıl Cabbarov “2016-2017-ci dərs ili üçün I sinfə şagird qəbulunun elektron sistem vasitəsi ilə həyata keçirilməsi barədə” əmr imzalayıb.

Modern.az xəbər verir ki, əmrə əsasən, Bakı şəhərinin ümumtəhsil məktəblərində, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalarda 2016-2017-ci dərs ili üçün I sinfə şagird qəbulunun Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ərizələrin onlayn qeydiyyatı aparılmaqla, elektron sistem vasitəsilə həyata keçirilməsi qərara alınıb. 

“2016-2017-ci dərs ili üçün I sinfə şagird qəbulunun elektron sistem vasitəsi ilə həyata keçirilməsi barədə” Azərbaycan Respublikası təhsil nazirinin əmri

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu