Modern.az

‘’Xocalıya qayıdacağıq’’ aksiyası keçirildi

‘’Xocalıya qayıdacağıq’’ aksiyası keçirildi

22 Fevral 2016, 18:34

1992-ci ilin 26 fevral tarixində törədilmiş Xocalı soyqırımından 24 il keçməsinə baxmayaraq, bu hadisə hər bir azərbaycanlının yaddaşında daim yaşayır.  Xocalı shadisəsinə dünyanın müxtəlif ölkələrində və bəzi beynəlxalq təşkilatlarda hüquqi-siyasi qiymət verilsə də, hələ də soyqırımı kimi tanınmayıb.

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının Gənclər Birliyi Xocalı soyqırımından 24-cü ildönümü ərəfəsində silsilə tədbirlər keçirir. Modern.az xəbər verir ki, bu aksiyalar çərçivəsində  YAP Nəsimi rayon təşkilatının Gənclər Birliyi ‘’Xocalıya qayıdacağıq’’ adlı tədbir keçirib. Bu gün YAP Nəsimi rayon təşkilatının qərargahında keçirilən  tədbirin əsas məqsədi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın  təşəbbüsü ilə reallaşan “Xocalıya Ədalət” kampaniyasına dəstək olmaqla  Xocalı həqiqətlərini dünya ictimayyətinə çatdırmaqdır.

“Nə qədər ki, Xocalı soyqırımına beynəlxalq aləmdə ədalətli hüquqi-siyasi qiymət verilməyib, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı gənci bu dəhşətli faciəni dünya gənclərinə tanıtdırmaq üçün bütün səylərini əsirgəməməlidir”,-deyə YAP Nəsimi rayon təşkilatının Gənclər Birliyi bəyan edib.



Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu