Modern.az

AZTV rəhbəri Qulu Məhərrəmlini məhkəməyə verib

 AZTV rəhbəri Qulu Məhərrəmlini məhkəməyə verib

22 Fevral 2016, 20:14

 

"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədri Arif Alışanov tanınmış telejurnalist, AzTV-nin "Səhər" proqramının keçmiş rəhbəri Qulu Məhərrəmlini məhkəməyə verib. Modern.az  xəbər verir ki, bu məlumatı unikal.org saytı yayıb.

Məlumata görə, A.Alışanov Q.Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında Nəsimi rayon Məhkəməsində iddia irəli sürüb. Buna səbəb Q.Məhərrəmlinin moderator.az və bir neçə başqa media qurumlarında yayılan və AzTV sədrinə qarşı olan müsahibəsindəki fikirlər olub. Bu səbəbdən də Arif Alışanov sözügedən saytla da bağlı iddia qaldırıb.

Məsələ ilə bağlı açıqlama verən AzTV-nin sözçüsü rəhbəri Xatirə Qasım Arif Alışanovun artıq məhkəməyə müraciət etdiyini təsdiqləyib: "Arif Alışanov 39 ildir ki, bu sahədə çalışır, amma indiyə qədər bu cür məsələlərdə adı hallanmayıb. Heç vaxt məhkəməyə müraciət etməyib. Amma adını jurnalist qoyan Qulu Məhərrəmli həm Arif Alışanovu, həm də yüzlərlə AzTV əməkdaşını təhqir edib. Ona görə də qanun qarşısında cavab verməlidir”.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu