Ukraynada vaxtından əvvəl parlament seçkiləri keçirilməlidir. Modern.az saytı xəbər verir ki, bunu “112 Ukrayna”-ya Odessa vilayətinin qubernatoru Mixeil Saakaşvili bildirib.
“Hazırkı vəziyyətdən bir çıxış yolu var. Ali Radaya vaxtından əvvəl seçkilərin keçirilməlidir. Ukraynada siyasi sinif tam şəkildə yenilənməlidir”, deyə M.Saakaşvili qeyd edib.
O, həmçinin hökumətin dəyişməsinin labüdlüyünü milli təhlükəsizlik məsələsi adlandırıb.
Modern.az