Modern.az

İlham Əliyev bu gün İrana səfər edəcək

İlham Əliyev bu gün İrana səfər edəcək

23 Fevral 2016, 09:53


Azərbaycan Prezidenti İlham Əliyev bu gün İran İslam Respublikasına rəsmi səfər edəcək.
"Report" IRNA-ya istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Hüseyn Cabir Ənsari məlumat verib.
 
O bu günlərdə Azərbaycan, İsveçrə və Cənubi Afrika prezidentlərinin İrana səfər edəcəyini bildirib.
 
Ənsarinin sözlərinə görə, Azərbaycan Prezidentinin Tehrana səfəri çərşənbə axşamı gözlənilir. İsveçrə prezidenti Yohann Niklaus Şnayder-Amman İrana 26-28 fevral aralığında, CAR prezidenti Ceykob Zuma isə fevralın 29-da səfər etməlidir.
İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Azərbaycan Prezidenti İlham Əliyevin fevralın sonlarında İrana səfər edəcəyini məlumat vermişdi. O səfərin İran prezidenti Həsən Ruhaninin dəvəti ilə reallaşacağını, həmçinin səfər zamanı iqtisadiyyat və enerji sahələrində ikitərəfli sənədlərin imzalanacağını bildirmişdi.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu