Modern.az

Bakı-Sumqayıt qatarında ləngimənin səbəbi AÇIQLANDI

Bakı-Sumqayıt qatarında ləngimənin səbəbi AÇIQLANDI

23 Fevral 2016, 10:05


“Artıq Sumqayıt-Bakı istiqamətində hərəkət edən qatarın hərəkətinə mane olan problem aradan qaldırılıb. Hərəkət bərpa olunub”.

Bu haqda Modern.az saytına "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.

O bildirib ki, problemə səbəb Xırdalan ərazisində elektrik enerjisi təchizatında yaranan problem səbəb olub və bu da təbii olaraq digər yerlərdə olan qatarların dayanmasına səbəb olub.

N.Əzməmmədov deyib ki, problemin aradan qaldırılmasına 1 saata yaxın vaxt sərf olunub və buna görə də nəticədə qatarların hərəkətində bir o qədər gecikmə olub.

Gülşən RAUFQIZI    

 
Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu