Modern.az

Qazax dilində Xocalı saytı

Qazax dilində Xocalı saytı

23 Fevral 2016, 10:07


Qazaxıstanın paytaxtı Astanada Xocalı soyqırımından bəhs edən və bu bəşəri faciənin bütün dünyada yayılmasını təmin edən www.xocali.kz saytının təqdimatı keçirilib.
Məlumatı Modern.az saytına Azərbaycanın Qazaxıstandakı səfirliyindən veriblər.
Qazaxıstanın informasiya məkanında informasiya yükü ilə zəngin oan saytdakı bölmələr haqqında diplomatlara, hərbi atteşelər və beynəlxalq təşkilatların nümayəndələri, elm və mədəniyyət xadimləri, diaspor fəalları və jurnalistlərə geniş məlumat verilib.
Vurğulanıb ki, saytın ən üstün cəhətlərindən biri də burada Azərbaycan-Ermənistan və Dağlıq Qarabağ münaqişəsi barədə sənəd və faktları özündə ehtiva edən məlumatlar öz əksini tapmasıdır. Saytda Xocalı soyqırımı həqiqətlərinin bütün dünyada yayılması üçün forumlar, “Xocalıya ədalət” kampaniyası çərçivəsində imzatoplama, təhlili məqalələr və yeniliklər yer alıb.
Qeyd edək ki, tədbirdə Macarıstan və Türkiyənin səfiri, eləcə də Səudiyyə Ərəbistanı, İran, Ərəb Əmirlikləri, İsrail, Litva, Latviya və Ukraynanın yüksək səviyyəli diplomatları, İran, ABŞ, Rumıniya, Türkiyə, Yaponiya, Polşa və Çinin hərbi attaşeləri iştirak ediblər.



Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu