Gəncə şəhərində məcburi köçkünlər üçün salınmış 1500 ailəlik yaşayış massivinin sakinləri tərəfindən Turkustan.info saytına məktub göndərilib.
Məktubda bildirilir ki, Gəncə şəhərində qaçqın və məcburi köckünlər üçün salınmış 1500 ailəlik yaşayış massivinin arxa tərəfində Gəncə şəhərinin məişət tullantıları tökülən sahə yerləsir. Bu məişət tullantıları hər gecə davamlı olaraq yandırıldığı üçün qəsəbə sakinləri tüstüdən və qoxudan əziyyət cəkirlər.
Qəsəbə sakinlərinin əksəriyyətini yaşlılar və uşaqlar təşkil edir. Həmçinin, onlar içərisində bronxial astma və allergiyadan əziyyət çəkən xəstələr olduğu ücün bu kimi hallar onların həyatına ciddi təhlükə yaradır.
Sakinlər bildirirlər ki, dəfələrlə adiyyatı orqanlara şikayətlər edilməsinə baxmayaraq, bu halların aradan qaldırılması ücün hec bir tədbir görülməyib. Hətta indi adı çəkilən ərazidə kimlərsə tərəfindən donuz ferması yaradilib, 1000 başa yaxın donuz saxlanılır. Bu isə ətrafa pis qoxuların və mikrobların yayılmasına səbəb olur.
Sakinlər qonşu ölkələrdə donuz qripinin yayılması ilə bağlı daha çox təşviş içində olduqlarını qeyd edirlər: “Nəzərə alsaq ki, qonşu ölkələrin əhalisi donuz qripindən əziyyət çəkir və Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi bu xəstəliyin ölkəyə yayilmasının qarşısını almaq məqsədilə bir çox tədbirlər görür. 1500 ailənin yaşadığı ərazinin yaxınlığında məişət tullantıları ilə qidalanan donuzlarin saxlanılması, hətta onlar ücün yeraltı damların tikilməsi dözülməz haldir.Xahiş edirik əhalinin haqli naraziliğini vəziyyətin ağırlığını nəzərə alaraq, bu vəziyyətin aradan qaldırılması üçün şikayətimizin müvafiq qurumlara çatdırılması ücün bizə kömək edəsiniz.
Modern.az