Modern.az

Milli Məclis "Elm haqqında” qanun layihəsini müzakirədən çıxardı

Milli Məclis "Elm haqqında” qanun layihəsini müzakirədən çıxardı

23 Fevral 2016, 12:10

Milli Məclisin bugünkü  iclasında “Elm haqqında” qanun layihəsinin 2-ci oxunuşda müzakirəyə çıxarılacağı gözlənilirdi. Layihə parlamentin əvvəlcədən elan olunan gündəliyinə də salınmışdı.

Amma iclasın başlamağına az qalmış “Elm haqqında” qanun layihəsinin müzakirəsinin təxirə salındığı məlum olub.  

Modern.az saytı xəbər verir ki, bu barədə parlamentin iclasında Milli Məclis sədri Oqtay Əsədov da məlumat verib.

Spiker deyib ki, dövlət büdcə layihəsinə dəyişikliklər müzakirəyə çıxarıldığına görə, maliyyə məsələlərinə yenidən baxılacaq.

“Buna görə də “Elm haqqında” qanun layihəsinin müzakirəsi təxirə salınır”.

Aytən Zəhra

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu