Modern.az

ABŞ Merkel, Sarkozi, Berluskoni, Netanyahunu gizli dinləyib

ABŞ Merkel, Sarkozi, Berluskoni, Netanyahunu gizli dinləyib

Təhsil

23 Fevral 2016, 12:31


Wikileaks saytı növbəti dəfə gizli sənədlər yayımlayacağı barədə anons verib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni sənədlərdə Amerika xüsusi xidmət oqranlarının Pan Gi Mun, Benyamin Netanyahu, Silvio Berluskoni, Angela Merkel və Nikola Sarkozini gizli dinləməsi barədə faktlar yer alacaq.

Wikileaks yaydığı press-relizdə bildirir ki, həmin səndlərin əksəriyyəti məxfi kod altında olub və bu günə qədər yayımlanmayıb.

“Bu gün biz BMT Baş katibinin iqlim dəyişikliyinə həsr olunmuş görüşlərinin, əsas məqsədi neft korporasiyalarının maraqlarını müdafiə etmək olan ölkə tərəfindən necə gizli dinlənildiyini göstərdik” – deyə saytın təsisçisi Culian Assanc deyib.

Vüqar İsmayılov

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu