Modern.az

Parlamentdə Zifayət Əsgərova görə mübahisə düşdü

Parlamentdə Zifayət Əsgərova görə mübahisə düşdü

Təhsil

23 Fevral 2016, 14:53

 

Milli Məclisdə I vitse-spiker Ziyafət Əsgərovun Məhkəmə-Hüquq Şurasınına üzvü təyin olunması müzakirə olunub.  

Modern.az-ın xəbərinə görə, buna etiraz edən deputat Qüdrət Həsənquliyev bildirib ki, hakimiyyətin bir qoluna digər bir hakimiyyət orqanının nümayəndəsinin təyin olunması düzgün deyil.  

“Onda belə çıxır ki, Milli Məclisin İntizam Komissiyasının tərkibinə bir nazir, bir prokurorluq əməkdaşı cəlb edilməlidir. Bu,  məhkəmələrin işinə müdaxilədir”.  

Q.Həsənquliyev qeyd edib ki, Ziyafət Əsgərov  parlament sədrinin birinci müavini kimi Milli Məclisin işinin təşkili ilə məşğul olmalıdır:

“Ali Məhkəmənin sədri bu işi yerinə yetirə bilər. Məhkəmə-Hüquq Şurasının da üzvləri hakimlərdən ibarət olmalıdır. Biz mütləq bu qanuna yenidən baxmalıyıq. Bu, Konstitusiya pozuntusudur”.

Deputat Siyavuş Novruzov isə burada heç bir qanun pozuntusunun olmadığını bildirib.  

Aytən Zəhra


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu