2016-cı ilin əvvəllərindən İtaliya və Yunanıstana 100 mindən artıq qaçqın gəlib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, miqrantlarla bağlı statistika aparan beynəlxalq təşkilatlar 97 min qaçqının Yunanıstan, 7500 miqrantın isə İtaliyaya gəldiklərini bildirib.Bu müddətdə 410 miqrant baş verən gəmi qəzalarının qurbanı olub.
Yunanıstan rəsmiləri Türkiyə ilə sərhəddini möhkəmləndirmək üçün ciddi vəsaitə ehtiyacı olduğunu deyib.
Vüqar İsmayılov