Modern.az

Gürcüstan prezidenti Azərbaycana gələcək

Gürcüstan prezidenti Azərbaycana gələcək

Təhsil

23 Fevral 2016, 17:52

Gürcüstanın Prezidenti Georgi  Marqvelaşvili bu ilin 10-11 mart tarixində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Bakı şəhərində təşkil etdiyi IV Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycana səfər edəcək.

Bu haqda Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.az-a məlumat verilib.

Məlumata görə, “Çoxqütblü dünyaya doğru” mövzusuna həsr olunan Forum çərçivəsində ümumilikdə dünyanı narahat bir sıra mühüm məsələlər, həmçinin münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu, enerji və qlobal idarəçiliyin gələcək perspektivləri  və digər mühüm məsələlər müzakirə ediləcək, o cümlədən bu problemlərin həlli yollarının tapılması istiqamətində fikir mübadiləsi aparılacaq.

Aytən ZƏHRA

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu