Modern.az

Bakıda keçiriləcək mötəbər tədbirə bu siyasətçilər qatılacaq– SİYAHI

Bakıda keçiriləcək mötəbər tədbirə bu siyasətçilər qatılacaq– SİYAHI

Təhsil

23 Fevral 2016, 18:12

8-9 mart tarixində Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə  Qarşılıqlı Fəaliyyət Şurasının (İnterAction Council) İllik Plenar İclası keçiriləcək.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, 30-dan artıq sabiq dövlət və hökumət başçılarını bir araya gətirən Şuranın iclasında İclasda Kanadanın sabiq Baş naziri  Jan Çretyen, Avstriyanın sabiq Kansleri Frank Vranitzki, Latviyanın  sabiq Prezidenti Vaira Viki-Frayberqa, İsgəndəriyyə Kitabxanasının Direktoru İsmayıl Səragəldin məruzə ilə çıxış edəcək.

İclasda Yunanıstan, Norveç, Ukrayna, İrlandiya, Macarıstan və Kolumbiyanın sabiq prezidentləri iştirak edəcək.

Həmçinin, İordaniya, Macarıstan, Tanzaniya, Nigeriya, Kipr və Yamaykanın da sabiq prezidentləri və baş nazirləri iclasa qatılacaq.

Qeyd edək ki, Qarşılıqlı Fəaliyyət Şurası 1983-cü ildə müstəqil beynəlxalq təşkilat kimi fəaliyyətə başlayıb. Təşkilat ayrı-ayrı ölkələrin dövlət xadimləri arasında enerji və beynəlxalq sahədə təcrübə mübadiləsinə şərait yaradır. Şura üzvləri bəşəriyyətin qarşılaşdığı siyasi , iqtisadi və sosial problemlərin həlli məqsədilə tövsiyələr irəli sürür.

30-dan artıq sabiq dövlət və hökumət başçılarından ibarət olan Şura əsasən, beynəlxalq əməkdaşlıq sahəsində sülh və təhlükəsizlik, iqtisadi dirçəliş, universal etik standartlar kimi  istiqamətlər üzrə fəaliyyət göstərir.

Aytən ZƏHRA

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu