Modern.az

Bakıda kasıblar üçün pulsuz geyim mağazası açılıb

 Bakıda kasıblar üçün pulsuz geyim mağazası açılıb

23 Fevral 2016, 21:29

 

Bakının Şüvəlan qəsəbəsində, Nizami küçəsində möminlərin birgə təşəbbüsü ilə "Ehtiyacın varsa götür, ehtiyacın yoxdursa as" mağazası açılıb. Modern.az saytı

Baku.ws-ə istinadən xəbər verir ki, in məlumatına görə, mağaza tam təmənnasız olaraq imkansızlar üçün nəzərdə tutulub.

Kimin ehtiyacı varsa, mağazaya buyurub ürəyi istədiyini götürə, kimin ehtiyacı yoxdursa, Allaha xatir buyurub geyimləri mağazaya təhvil verə bilər.

Geyimlər yuyulmuş, ütülənmiş vəziyyətdə təhvil alınır. Əsasən kişi və uşaq geyimlərinə üstünlük verilir.  

Əlavə məlumat əldə etmək istəyənlər (070) 900-08-06 (Sərxan) nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB