Modern.az

Abşeronda ölümlə nəticələnən yanğın

  Abşeronda ölümlə nəticələnən yanğın

24 Fevral 2016, 00:44


 

Abşeronda ölümlə nəticələnən yanğın hadisəsi baş verib. Modern.az saytı Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, yanğın rayonun Qobu qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 3 otaqlı evdə baş verib. Nəticədə, evin mətbəxində 2 kv.m sahədə döşəmə yanıb. Yanğının kəşfiyyatı zamanı 1969-cu il təvəllüdlü Quliyev Təhməz Təbriz oğlunun yanmış cəsədi aşkar edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.   

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu