Modern.az

Qazaxıstan latın əlifbasına keçir

Qazaxıstan latın əlifbasına keçir

24 Fevral 2016, 00:59

 

Qazaxıstanın mədəniyyət naziri Arıstanbek Muhamediulı bildirib ki, qazax dili və yazısında yeni mərhələ başlayır. Modern.az saytı xəbər verir ki, "Novaya qazeta" ölkənin 2025-ci ilədək əlifbasını latın dilinə keçirmək niyyətində olduğunu bildirib.

Nazirin sözlərinə görə, bu məsələ ilə bağlı rəsmi proqram qəbul olunub.

"Qazax hərflərinin milli tələffüz xüsusiyyətləri əlavə qararlar tələb edir. Bu asan deyil, lakin beynəlxalq aləmə daha az ağrılı şəkildə inteqrasiya etmək lazımdır", – deyə o bildirib.

Mütəxəssislərin hesablamalarına görə, özündə bütün dövlət sənədləri, kitab, çap məhsulları və s-in tərcüməsini ehtiva edən kiril əlifbasından latına keçid, hökumətə 300 milyon dollara başa gələcək.  

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu