Modern.az

MTN bandasının şantaj videoları tapılıb

MTN bandasının şantaj videoları tapılıb

Təhsil

24 Fevral 2016, 09:42

Keçmiş Milli Təhlükəsizlik Nazirliyi  (MTN) rəhbərliyinin insanları şantaj üçün istifadə etdiyi gizli çəkilişlər olan videomateriallar tapılıb.

Modern.az  xəbər verir ki, məlumatı azadliq.info yayıb. Sayt bildirir ki, hazırda istintaq bu şəbəkənin şantaj əməliyyatlarını araşdırır.

Bildirilir ki, şəbəkənin üzvlərindən bir neçəsinin, xüsusilə Akif Çovdarovun nəzarətində əyləncə mərkəzləri, hotel və restoranlar olub ki, ora video kameralar yerləşdirilib.

Həmin obyektlərdə dincələn vəzifəli, yaxud imkanlı şəxslər sonradan videogörüntülərlə şantaj olunub.

Eldar Mahmudovun şəbəkəsinin zərərsizləşdirilməsi ilə bağlı əməliyyatlar zamanı dəstə üzvlərindən bir neçəsinin evindən şantaj videoları çıxıb.

İstintaq bu məsələni daha dərindən araşdıraraq hansı vəzifəli şəxslərin MTN-nin şantajına qalmasını üzə çıxarmağa çalışır. İstintaqda şübhələr var ki, bəzi məmurlar şantajın qurbanı olaraq hələ də şəbəkəyə xidmət göstərə bilər.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?