Modern.az

Fidel Kastronun qardaşı vəfat edib

Fidel Kastronun qardaşı vəfat edib

24 Fevral 2016, 09:50

Kubanın prezidenti Raul Kastronun böyük qardaşı Roman Kastro bu gün 92 yaşında vəfat edib.

 Modern.az  xəbər verir ki, bu barədə məlumatı BBC yayıb.

Ramon Kastro eyni zamanda Kuba inqilabının lideri Fidel Kastronun da qardaşıdır. Roman Kastro ailədə Fideldən və Rauldan yaşca böyük idi.

R.Kastro 1953-1959-cu illərdə Kuba inqilabında silahlı fəaliyyət göstərməyib. O qardaşların ən böyüyü olduğu üçün valideynlərinə baxıb, təsərrüfatı idarə edib.

Bununla belə, qardaşı Fidel Kastronun silahlı dəstələrinin faktiki rəhbərlərindən olub. O, inqilabçı dəstələrin silah, yanacaq və digər ehtiyaclarının ödənilməsində aparıcı rol oynayıb.

İnqilabın qələbəsindən sonra Ramon Kastro adada kənd təsərrüfatı ilə məşğul olub.

Qeyd edək ki, indiyə qədər Roman Kastro hökumətdə heç vaxt vəzifə tutmasa da, həmişə müşavir olaraq  qalıb.

Kuba iqtisadiyyatında sosialist islahatların hamısının təşəbbüskarı Ramon Kastro sayılır.  

 

Ağa AKİFOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu