Modern.az

ABŞ ştatı Azərbaycanla bağlı qətnamə qəbul etdi

ABŞ ştatı Azərbaycanla bağlı qətnamə qəbul etdi

24 Fevral 2016, 10:06

 

Kentukki ştatının Senatı Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 25-ci il dönümünə dair qətnamə qəbul etdi.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Modern.az-a verilən məlumata əsasən, qətnamədə Azərbaycan xalqının 1990-cu il qanlı yanvar hadisələri zamanı verdiyi çoxsaylı qurbanların xatirəsi anılır. “Qara yanvar” faciəsi zamanı bir çox günahsız Azərbaycan vətəndaşının heç bir fərq qoyulmadan və amansız şəkildə qətlə yetirildiyi deyilir.

Azərbaycan xalqının müstəqillik və azadlıq uğrunda bu mübarizəsinin 1991-ci ilin oktyabr ayında Azərbaycan Respublikası müstəqilliyinin bərpa olunması ilə nəticələndiyi bəyan edilərək Kentukki ştatı Senatının bu əlamətdar hadisəni Azərbaycan xalqı ilə birgə qeyd etdiyi bildirilir.

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu