Modern.az

Mərkəzi Bank pul siyasətilə bağlı hesabat verdi

Mərkəzi Bank pul siyasətilə bağlı hesabat verdi

Təhsil

24 Fevral 2016, 12:24



2015-ci ildə Azərbaycanın xarici sektorunda vəziyyət qlobal iqtisadiyyatda, o cümlədən, tərəfdaş ölkələrdə baş verən proseslərin təsiri altında formalaşıb.

Modern.az saytı xəbər verir ki, bu barədə Mərkəzi Bankın 2015-ci il üzrə pul siyasəti icmalında məlumat verilib.

Mərkəzi Bank Dövlət Gömrük Komitəsinin (DGK) məlumatlarına əsasən bildirib ki, 2015-ci ildə xarici ticarət dövriyyəsi 20.7 mlrd. ABŞ dolları təşkil edib ki, bunun da 11.4 mlrd. ABŞ dolları ixracın, 9.2 mlrd. ABŞ dolları isə idxalın payına düşüb.

Xarici ticarət balansının profisiti 2.2 mlrd. ABŞ dolları olub. İxrac idxalı 24% üstələyib. Dövr ərzində 165 ölkə ilə ticarət əməliyyatları həyata keçirilib. Ticarət dövriyyəsinin 47%-i Avropa İttifaqı (Aİ) ölkələrinin payına düşüb. Aİ ilə ticarət əlaqələrinin 29%-i İtaliya, 20%-i Almaniya, 11%-i Fransa, 6% isə Çexiya ilə həyata keçirilib. MDB ölkələrinin ümumi ticarət dövriyyəsində xüsusi çəkisi 12% olub. Bu istiqamətdə ticarət dövriyyəsinin 75%-i Rusiya, 13%-i Ukraynanın payına düşüb.

Ticarət əlaqələrinin 34%-i digər ölkələrlə saxlanılıb. Bu ölkələr qrupunda əsas tərəfdaşlar ABŞ (17%),İsrail (12%), Çin 8% və Gürcüstandır (6%).Hesabat ilində əmtəə ixracı 48% azalıb. Bu azalma əsasən ixracda əhəmiyyətli paya malik neft-qaz sektoru üzrə baş verib. Belə ki, ixracın dəyəri xam neft üzrə 52%, neft məhsulları üzrə 45%, təbii qaz üzrə 34% azalıb.

Hesabtda qeyd edilib ki, meyvə tərəvəz və kimya sənayesi məhsullarının ixracında isə artım müşahidə olunub. Belə ki, meyvə-tərəvəz 7%, kimya sənaye məhsulları ixracı 5% artıb. Dövr ərzində ixracda əsas tərəfdaşlar İtaliya (20%), Almaniya(11%), Fransa (8%), İsrail (7%), Çexiya (5%) kimi ölkələr olmuşdur. Hesabat ilində əmtəə idxalı 0.4% artıb. Dövlət sektoru üzrə isə idxal 30% azalıb. İdxal olunmuş məhsulların 16%-i Rusiya, 13%-i Türkiyə, 9%-i ABŞ, 8%-i Almaniya, 6%-i İtaliya və 6%-i Yaponiya kimi ölkələrinin payına düşmüşdür. İl ərzində idxal nəqliyyat vasitələri və onların hissələri, meyvə- tərəvəz, oduncaq və ondan hazırlanan məmulatlar, qara metallar və onlardan hazırlanan məmulatlar üzrə artmış, yeyinti məhsulları, sement, tütün məmulatları, mebel üzrə isə yerli istehsalın genişlənməsi ilə əlaqədar azalıb.

2015-ci ildə iqtisadi tərəfdaş ölkələrində yaranmış vəziyyət pul baratlarının dinamikasına təsir edib. İlkin rəqəmlərə əsasən 2015- ci ildə ölkəyə daxil olan pul baratları 1183 mln. ABŞ dolları təşkil edib. Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsaitin çox hissəsi Böyük Britaniya, Norveç, Türkiyə, Rusiya, İran, ABŞ, Yaponiya, Malaziya və İsveçin sərmayədarlarına məxsus olub. Hesabat ilində ölkənin strateji valyuta ehtiyatlarının zəruri həcmdə qorunması təmin edilib. Belə ki, 2015-ci ilin sonuna strateji valyuta ehtiyatları 26 aylıq mal və xidmət idxalına kifayət etmiş və xarici dövlət borcunu 5.2 dəfə üstələyib. Strateji valyuta ehtiyyatlarının ÜDM-ə nisbətinə görə Azərbaycan dünyada ilk yerlərdən birini tutmaqda davam edib.

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu