Modern.az

Xocalıya ədalətmi dediniz?

Xocalıya ədalətmi dediniz?

Təhsil

24 Fevral 2016, 13:24

Hər tərəf qar, soyuq insanın iliyinə işləyirdi. O qadın hamiləydi, bir həftə ya da iki həftə sonra ana olacaqdı,.. o qız nişanlıydı, qış sərt olduğundan yazda gəlin köçəcəkdi... Qonşudakı qadın 4 ay öncə ana olmuşdu. Körpəsi ana südüylə qidalanırdı. Həyətdə qartopu oynayan, qış günündə anasına saçını keçəl etdirən o balaca oğlan,.. əlləri üşüyən, tez-tez evə qaçıb isinən qızcığaz... Balkonda oturub hər axşam oglanlarının işdən gəlməsini gözləyən ata... Onlar Xocalının sakinləriydi... İndi yoxdular. Yarısı cismən, yarısı ruhən...

Hamilə qadın meşədə yaxınlarını itirdi. Arxasına döndüyündə qaçıb canını qurtarmağa çalışan insanlar vardı, amma ailəsi yoxdu. Don vurmuşdu ailəsini. Hamilə qadının başına gələnlər daha vahiməliydi. Kaşki onu da don vursaydı, bətnindəki körpə bu acımasız həyatla tanış olaraq ölməsəydi. Amma o hamilə qadın girov düşdü. Meşədə onu yaxalayan erməni pislikləri dünyaya gətirəcəyi körpəni ananın qarnını yırtaraq çıxardılar... Ana da, körpə də Xocalıya və dünyaya belə vida etdilər...


Nişanlı qız vardı yazda toyu olacaqdı. Meşəyə ailəsiylə qaçdı. Anası, atası, babası, bacısı və qardaşı... Hamısını bir-bir itirdi. Hər dəfə arxasına dönüb baxdıqca, ailəsinin bir üzvünün donub qaldığını gördü. O canını qurtardı.Amma iki ayağını meşədə dondurdu. İllərdi əlil arabasındadı. Nişanlısı yoxdu, o vaxtdan nə ölüsü var, nə dirisi. Əsir düşdüyünü fikirləşir.

Dörd aydı ana olan qadın vardı, ona nə oldu?.. O salamatdı. Bakıda yaşayır. Amma yaşasaydı gənc oğlan olacaqdı sırtına sarıyıb Xocalıdan qaçırmaq istədiyi övladı. Nə ağır dərd. Övladının soyuq bədənini daşımış kürəyində. Çox gec anlamış yavrusunun don vurduğunu. Amma ana ürəyi cansız bədənini "xilas" etmişdi. 

Həyətdə qartopu oynayan balaca oğlan və qız?.. Onlara nə oldu? Qızdan xəbər yoxdu. Girov düşmüş, təcavüzə ugramış, bəlkə təcavüzdən bir erməni dünyaya gətirmiş, bəlkə də meşədə bir ağacın dibində don vurmuş, ya da mələk olub göylərə çəkilmiş...

Balaca oglan, ondan da xəbər yox. Bir əsirin danışdıgından xatırlayıram. Ermənilər balaca saçları kəl edilmiş bir uşağın başını kəsib futbol topu etmişlər... Odumu? Başqasıdımı? Yoxsa o məsum körpədəmi dondu meşədə qaldı?

Ata vardı. Hər gün övladlarının yolunu gözləyən. Bir neçə il əvvələdək sagdı. Mərdəkanda kiçik bir otaqda yaşayırdı. “Yaşamasaydım” deyirdi. O və iki oğlu gorov düşmüşdülər. Oğlanlarını onun gözünün önündə öldüşmüşdülər. Ata bu dəhşətə ürəyi dayanmayıb gözünü yummuş, bir gözünü çıxarıb, tək gözlə övladlarının cansız bədəninə sarımışdılar onu.  Sonra onu "Qızıl Xaç"a veribilər. Xilas olub, demək mümkünsə...

Acı ürəyimə tıxanıb, boğur məni. Düşünürəm, Xocalıda olanları,  insanların başına gələn müsibətləri və bizim indiki arsızlığımızı...Xocalıya ədalət deyirik qardaşım, Ədalət! Biz içimizdə nə qədər adilik? Biz o hamilə qadın,  övladının donmuş bədənin daşıyan o qadın ola bilirikmi? İldə cəmi bir həftə "Ədalət!" deyib bağırırıq.

Əmin olun, bizi ətrafımızda yaşayan Ədalət adlı kişilərdən başqa, kimsə duymaz. Xocalı adıyla qurulan təşkilatlar, siz hamilə ananın bətnində öldürülmüş körpənin “ana” deyə bilmədən süngüyə keçdiyini bir həftədə neçə dünyaya çatdırırsınız? Biz hər birimiz Xocalıda təcavüzə uğramışıq, donmuşuq, əsir-girov düşmüşük. Bir namus sorunu var üzərimizdə. Xocalıya ədalət istənməz, sökə-sökə alınır. İllərdi gördüyümüz iş “Ədalət!” deməklə yekunlaşıb.

Ədalətsiz insanlardan ədalət gözləməyin. Xocalını geri alın, namusunuzu təmizləyin. Ondan sonra dünya Xocalıya ədalətli olacaq. Hər zaman güclü olan, döyüşlərdən qalib çıxan qazanır. Xocalıya da yalnız o zaman ədalətli olunacaq. Biz hamımız Xocalı olaq, biz hamımız ədaləti içimizdə bərpa edək. O zaman dünya elə Xocalının ərtafında fırlanacaq. İndi sanki Xocalıya hamiləyik,amma nədənsə sancılanmırıq...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu