24 fevral 2016-cı ildə Mərkəzi Bankın növbəti valyuta hərracı keçirilib.
Mərkəzi Bankın mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, 30 milyon ABŞ dolları məbləğində vəsait satışa çıxarılıb.
Hərracda iştirak edən 14 bank tərəfindən məcmu tələb 66,760 milyon ABŞ dolları təşkil etdiyindən, sifarişlər 44,9 faiz təmin olunub.Gülşən RAUFQIZI