Modern.az

2015-ci ildəki qan donorlarının sayı AÇIQLANDI

2015-ci ildəki qan donorlarının sayı AÇIQLANDI

Təhsil

24 Fevral 2016, 14:28


“Qan İnstitutundakı qanlardan daha çox talassemiyalı xəstələlərdə, leykoz xəstələrində və irsi qan xəstəliklərində geniş istifadə olunur”.

Bu sözləri Modern.az-a açıqlamasında B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.  

O qeyd edib ki, eyni zamanda cərrahiyədə və tibbin digər sahələrində qan və onun komponentlərindən geniş istifadə olunur.  

“2015-ci ildə donorların sayı 75 184 nəfər olub.

Əlbəttə bunlar arasında yararsız qanlar, şübhəli qanlar aşkarlanırsa, o şəxlsərə biz məlumat veririk. Onlar daha sonrakı müayinələrə göndərirlər. həmin qanlar isə ləğv olunur . Ümumiyyətlə bu gün IV rezurs qrupu üzrə donorların sayı azdır. İnsanların 85 faizi müsbət rezurs, 15 faiz mənfi rezurs qruppasıdır ki, mənfi rezurs qruppaları  gec tapılır və azlıq təşkil edir”.

Z.Əlimirzəyeva donor qanların pulla satılması hallarını təkzib edib və bildirib ki, belə hal ola bilməz.  

“Qan pulsuz verilir. Çox zaman leykimiyalı xəstələrin qohumlarına müraciət edilir. Həmin insanların qanı xəstə şəxslərə verilir. Amma donor qanların satılması həqiqətə utyğun deyil”.  

Aytən ZƏHRA

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu