Modern.az

Bakcell abunəçiləri üçün YENİLİK

Bakcell abunəçiləri üçün YENİLİK

Təhsil

24 Fevral 2016, 14:34


Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti MilliÖN ödəmə terminalları şəbəkəsinin sahibi “Komtec” şirkəti ilə birlikdə “Bonus dəqiqələri” kampaniyasına start verdiyini elan edir. Bu yeni kampaniyanın keçirilməsində məqsəd Bakcell abunəçilərinə daha yaxşı xidmət göstərmək, onların məmnuniyyətini qazanmaq və sərf etdikləri məbləğin əvəzində daha çox dəyər əldə etmələrini təmin etməkdir.

MilliÖN ödəmə terminalları vasitəsilə öz nömrələrinin balansına minimum 5 AZN vəsait yükləyən əvvəlcədən ödəmə sistemində olan (prepaid) Bakcell abunəçilərinə 5 dəqiqə bonus təqdim edilir.

Bonus dəqiqələri ödəmə terminalında ödəniş həyata keçirildikdən dərhal sonra avtomatik olaraq abunəçinin balansına yüklənir.

Bonus dəqiqələri yalnız şəbəkədaxili zənglər üçün istifadə oluna bilər. Bonus dəqiqələri abunəçinin balansına yükləndikdən sonra 3 gün ərzində etibarlıdır.

Bakcell öz abunəçilərini  alternativ ödəmə üsullarından istifadə etməyə və həyata keçirdiyi müxtəlif kampaniyalardan faydalanmağa həvəsləndirir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu