Modern.az

Rəsmi Bakıdan Suriyadakı atəşkəs rejiminə dair AÇIQLAMA

Rəsmi Bakıdan Suriyadakı atəşkəs rejiminə dair AÇIQLAMA

Təhsil

24 Fevral 2016, 16:56

Rəsmi Bakı Rusiya və ABŞ arasında Suriyada atəşkəsə dair razılaşmanın əldə olunması ilə bağlı mövqeyini bildirib.

Modern.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu barədə açıqlama ilə çıxış edib.  

O deyib ki, prezident İlham Əliyev fevralın 4-də Londonda keçirilmiş “Suriyaya və regiona dəstək” adlı konfransında və 23 fevral tarixində İran İslam Respublikasına rəsmi səfəri zamanı mətbuat konfransında etdiyi çıxışında Azərbaycanın Suriya böhranı ilə əlaqədar mövqeyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb.

“Bildiririk ki, Azərbaycan Respublikası Suriyaya dəstək üzrə Beynəlxalq Qrupun həmsədrləri olaraq Rusiya və ABŞ-ın Suriyada hərbi əməliyyatların dayandırılmasına dair 22 fevral tarixli birgə bəyanatını alqışlayır.

Bəyanata və Suriyada hərbi əməliyyatların dayandırılması şərtlərinə dair onun əlavəsinə uyğun olaraq, Suriyada 27 fevral 2016-cı il tarixindən etibarən atəşkəs qüvvəyə minməlidir.  

Azərbaycan tərəfi dəfələrlə bəyan etmişdi ki, Suriyada vəziyyəti normallaşdırmaq, problemin siyasi həllimini tapmaq və yaşanan humanitar fəlakəti aradan qaldırmaq üçün ilk növbədə sülh və atəşkəs bərqərar olmalıdır.

Sülh və atəşkəs bərqərar olduqdan sonra Suriya xalqı özü gələcəyini müəyyən etməlidir.   Ümid edirik ki, atəşkəsin əldə olunmasına dair razılaşma BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə və Suriyaya dəstək üzrə Beynəlxalq Qrupun qəbul etdiyi digər sənədlərə uyğun olaraq, Suriya xalqının iradəsi əsasında BMT-nin çətiri altında böhranın həlli üçün siyasi prosesinin başlanmasına təkan verəcək.  

Azərbaycan Respublikası donor dövlət olaraq, Suriyadakı humanitar fəlakətdən  əziyyət çəkən qaçqınlara humanitar yardım edib və bu yardımı davam etdirəcək”.  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu