Modern.az

Ərdoğan Rusiya ilə əlaqələrdən DANIŞDI: “Düşmən deyilik”

Ərdoğan Rusiya ilə əlaqələrdən DANIŞDI: “Düşmən deyilik”

Təhsil

24 Fevral 2016, 17:24


Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Moskva ilə Ankara arasındakı gərginliyin səngiyəcəyinə ümidini ifadə edib.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğan rus xalqını düşmən görmədiklərini deyib.  

“Biz rus xalqına düşmən deyilik. Hər il 4 milyon rus turistini qəbul edən bir ölkə kimi bu mümkün deyil. Ticarət dövriyyəmiz 35 milyarda çatmışdı və biz bu rəqəmi 100 milyarda çatdırmaq istəyində idik. Ümid edirəm ki, münasibətlərin normallaşdırılması üçün atılan addımlar nəticə verəcək”.  

Ərdoğan bununla belə Su-24 təyyarəsinin əvvəllər də tez-tez ölkənin hava sərhədlərini pozduğunu deyib.  

“Deyirlər ki, biz təyyarəni vurmasaydıq vəziyyət bu həddə çatmazdı. Bəs nə üçün demirlər ki, Rusiya hava sərhədlərimizi pozmasaydı, bu vəziyyətə düşməzdik”.  

Ərdoğan deyib ki, Rusiya üçün Suriya məsələsi ucqar bölgələrdəki maraqları ifadə edirsə, Türkiyə üçün bu, ölüm-dirim savaşıdır.    

Vüqar İsmayılov

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu