Modern.az

Aktauda Xocalı soyqırımı qurbanları anılıb

 Aktauda Xocalı soyqırımı qurbanları anılıb

Təhsil

24 Fevral 2016, 22:43

 

İslam Konfransı Təşkilatı Gənclər Forumunun sivilizasiyaların alyansı üzrə baş əlaqələndiricisi, Heydər Əliyev fondunun Rusiya nümayəndəliyinin sədri Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya Ədalət” kompaniyası çərçivəsində Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğunun təşəbbüsü və dəstəyi ilə Aktau şəhərində azərbaycanlı gənclər “Xocalı fəryadı” adlı tamaşa hazırlaıb. Baş konsulluqdan Modern.az saytına verilən məlumata görə, tamaşada Xocalı sakinlərinin 1992-ci ilin soyuq fevral gecəsində yaşadığı faciə, ermənilərin onlara qarşı həyata keçirdiyi vəhşiliklər göstərilir. Yaşanmış faciədə soydaşlarınıza qarşı törədilən cinayətin qəddarlığının miqyasını tamaşıçıya çatdırmağa çalışılır.

Tamaşada Xocalı sakinlərindən üç ailənin faciə gecəsi yaşadığı müsibət və milli qəhrəman Çingiz Mustafayevin hadisə yerində çəkilişi səhnələşdirilib. Tamaşanın sonunda Xocalıda qətlə yetirilən insanların ruhları ayağa qalxaraq, erməni təcavüzünə son, biz ədalət istəyirik şüarları səsləndirir və tələbə Elşən Mehdiyev tərəfindən rep üslubunda “Xocalıya ədalət” mahnısı ifa olunur.

Tamaşanın ilk nümayişi Baş konsulluq tərəfindən təşkil olunmuş Aktau şəhərinin “Önər” Art-Qalereya - sərgi salonunda Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimində baş tutub.

Qeyd edək ki, Aktau şəhərinin dənizkənarı parkında Azərbaycanın Aktaudakı Baş konsulluğunun və Aktau şəhərindəki azərbaycanlı tələbə-gənclərin təşkilatçılığı ilə Xocalı soyqırımının qurbanlarının xatirəsinə həsr olunan aksiya keçirilib.  “Xocalıya Ədalət” kampaniyası çərçivəsində təşkil olunmuş aksiyada Manqistau vilayətində yaşayan çoxsaylı soydaşlarımızla yanaşı, Türkiyənin Aktau şəhərindəki baş konsulu və konsulluğun əməkdaşları, Aktau şəhər ictimaiyyət nümayəndələri, Aktau şəhərinin incəsənət və rəssamlıq məktəblərinin müəllim və tələbələri, vilayətdə fəaliyyət göstərən digər diasporların rəhbərləri və üzvləri, KİV nümayəndələri iştirak ediblər.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?