Modern.az

Ceyms Uorlik Xocalı soyqırımı qurbanlarının xatirə tədbirinə qatılacaq

 Ceyms Uorlik Xocalı soyqırımı qurbanlarının xatirə tədbirinə qatılacaq

Təhsil

25 Fevral 2016, 23:16

 

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bu gün Vaşinqtonda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbirdə iştirak edəcək. Modern.az saytı xəbər verir ki, bu barədə "Report"a C.Uorlik məlumat verib.

"Biz Dağlıq Qarabağ münaqişəsi zamanı baş verən bütün faciələrin qurbanlarını yad etmək istəyirik. Ümid edirik ki, bu gün də artmaqda olan və aralarında dinc sakinlərin üstünlük təşkil etdiyi münaqişə qurbanlarının sayının çox olması prezidentlərin diqqətlərini danışıqlar əsasında nizamlanmaya yönəltməyə kömək edəcək", - deyə o bildirib.

C.Uorlik qeyd edib ki, o, Minsk qrupun həmsədri kimi öz fransalı və rusiyalı həmkarları və münaqişə tərəfləri ilə nizamlanmada irəliləyişin əldə olunması üçün işləməyə hazırdır.

"İndi sülhün əldə olunma vaxtıdır", - deyə o qeyd edib. 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?