Modern.az

Nazirlik valideynin müəllimi döyməsi xəbərinə aydınlıq gətirdi

Nazirlik valideynin müəllimi döyməsi xəbərinə aydınlıq gətirdi

Təhsil

26 Fevral 2016, 10:20



Sosial şəbəkələrdə yayılan məlumata görə, Bakıdakı 189 saylı orta məktəbdə valideynin həmin məktəbdə dərs deyən Yelena Murad qızı İbadovanı döyüb.

Təhsil Nazirliyi bu insidentə münasibət bildirib.

Nazirlikdən Modern.az-a verilən məlumata görə, həmin məktəbdə qeyd edilən insident olmayıb.

“Dünən bəzi saytlarda yayılmış 189-190 nömrəli tam orta məktəbdə valideyn-müəllimə insidenti barədə xəbərlər yalnışdır.

Belə ki, həmin məktəbdə  İbadova Yelena Murad qızı adlı müəllimə fəaliyyət göstərmir.

Məktəbdə müəllimlər və valideynlər arasında heç bir münaqişə baş verməyib”.

Aytən ZƏHRA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?