Modern.az

“Böyüməyən Uşaqlar” filmi Səlçuk Universitetində - FOTOLAR

“Böyüməyən Uşaqlar” filmi Səlçuk Universitetində - FOTOLAR

28 Fevral 2016, 11:27

Konyada yaşayan Azərbaycanlı Tələbələr Topluluğunun təşkilatçılığı ilə Səlçuk Universitetində Xocalı Soyqırımının anım tədbiri keçirilib. Tədbir universitetin Süleyman Dəmirəl Kültür Mərkəzində baş tutub. Modern.az saytı xəbər verir tədbirdə 200-ə yaxın müəllim və tələbə heyəti iştirak edib. Onların arasında müxtəlif ölkələrdən gəlib Səlçuk Universitetində təhsil alan tələbələr də olub.

Tədbirdə Çingiz Mustafayevin Xocalıda çəkdiyi kadrlar (Türkçə altyazı ilə) və Elşad Eyvazlının ssenarisi əsasında çəkilən “Böyüməyən Uşaqlar” filmi təqdim olunub. Anım törənində çıxış edən Səlçuk Universitetinin Kamu Hüququ bölümünün magistrı Təbriz Raufoğlu məsələnin hüququ tərəfləri ilə iştirakçıları tanış edib. Bundan başqa Prof. Dr Canər Arabacı da Xocalı həqiqətləri ilə bağlı ətraflı məlumat verib. Sonda Konyada yaşayan Azərbaycanlı Tələbələr Topluluğunun başçısı Orxan Hüseynli çıxış edərək tədbirə qatılan hər kəsə təşəkkür edib.





Rüfanə Günəş,
Səlçuk Universiteti Gazetecilik bölümü, magistr

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?