Modern.az

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

Təhsil

28 Fevral 2016, 15:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az -a verilən məlumata görə, fevralın 29-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Zəif duman, gündüz dəyişkən buludlu olacağı ehtimal edilir, əsasən yağmursuz keçəcək, arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 8-12° isti olacağı təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 29-da yağış yağacağı, duman olacağı, gündüz əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperatur gecə 0-5° isti, gündüz 11-16° isti olacaq. Dağlarda gecə 1-6° şaxta, gündüz 4-9° isti gözlənilir.

Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?