Modern.az

Keçmiş icra başçısı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib

Keçmiş icra başçısı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib

28 Fevral 2016, 17:37

Tərtər rayonunun sabiq icra başçısı, Tərtər Özünümüdafiə batalyonunun keçmiş komandiri Sərdar Həmidov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Modern.az xəbər verir ki, bu barədə müsavat.com-a onun oğlu Şəhriyar Məcidzadə bildirib:

“Səhər saatlarında qəfildən halı pisləşdi, huşunu itirdi. Ağır vəziyyətdə 1 saylı Mərkəzi Kliniki Xəstəxanaya ("Semaşko"-red.) yerləşdirmişik. Durumu son dərəcə ağırdır, reanimasiyadadır”.

Qeyd edək ki, S.Həmidov birinci Qarabağ savaşında bir neçə güllə yarası alıb, ağciyərinin bir payını itirib. Uzun illərdir o, yuxarı tənəffüs yolları xəstəliyindən, hipertoniyadan, diabetdən əziyyət çəkir.
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?