Modern.az

İsveçdə 700 nəfər “donuz qripi”nə yoluxdu - Bir HƏFTƏDƏ

İsveçdə 700 nəfər “donuz qripi”nə yoluxdu - Bir HƏFTƏDƏ

29 Fevral 2016, 16:09

İsveçdə bir həftə ərzində 700 nəfərin “donuz qripi”nə yoluxduğu açıqlanıb.

Modern. az xarici KİV-ə istinadən xəbər verir ki, İsveçdə gənc və orta yaş qrupuna aid olan insanlar arasında “donuz qripi”nə yoluxanların sayının artması gözlənilir.

 İndiyə kimi İsveçdə “donuz qripi”ndən ölənlərin sayının 14-ə çatdığı qeyd olunub.

İsveç Xalq Sağlamlığı Mərkəzinin mütəxəssisi Anders Tegnel bu rəqəmin sadəcə indiki vəziyyətdə əldə olunan faktlara əsasən xəstəliyin görünən qismi olduğunu söyləyib.

Ölkədə ağır “donuz qripi” hallarının mövcud olduğunu bildirən səhiyyə rəsmisi bir çox insanın epidemiyaya hələ də yoluxmaqda davam etdiyini bildirib.

İsveç  Xalq Sağlamlığı Mərkəzi ölkədə məktəblərin tətilə çıxdığı üç həftə ərzində virusun yayılmasının səngiyəcəyini deyib.

Amma orta məktəblər tətildən qayıtdıqdan sonra “donuz qripi”nin A və B növlərinin yayılmasının sürətlənəcəyindən narahatlıq keçirdiklərini qeyd ediblər.

İsveçin cənubundakı Skane bölgəsində “donuz qripi” hallarının həddən çox artacağı halda təcili tibbi yardım xəstəxanaları operaitv xidmət göstərə bilməsələr, kömək üçün xəstələr Danimarkaya göndəriləcəklər.

Regionun Təcili Tibbi Yardım və Böhran Hazırlıq Mərkəzinin rəhbəri Rolf Ohrlander  bildirib ki, təcili tibbi yardım xəstəxanalarındakı çarpayıların say olaraq çatmaması narahatlıq doğuracaq bir haldır.

“ Bu gün ölkənin Halland, Kronoberq və Blekinqe bölgələrində də vəziyyət eyni olaraq qalmaqdadır.  Buna görə də Danimarkadakı səhiyyə təşkilatları ilə keçən həftə əlaqəyə girmək məcburiyyətində qaldıq “ – deyə Rolf Ohrlander  bildirib.

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?