Modern.az

"Qarabağ münaqişəsinin həlli Aİ üçün prioritet olaraq qalır"- Federika Moqerini

"Qarabağ münaqişəsinin həlli Aİ üçün prioritet olaraq qalır"- Federika Moqerini

29 Fevral 2016, 20:02

 

“Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquqa uyğun olaraq sülh yolu ilə həlli Avropa İttifaqı üçün (Aİ) əsas prioritet olaraq qalır. ATƏT-in Minsk qrupu hər kəsin razılıq verdiyi, BMT Təhlükəsizlik Şurasının təqdir etdiyi formatdır”. Modern.az saytı xəbər verir ki, bunu Bakıda jurnalistlərə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini bildirib.  

Federika Moqerini Avropa İttifaqının energetika, regional təhlükəsizlik və qanunun aliliyi sahələrində Azərbaycanla əməkdaşlığa maraq göstərdiyini vurğulayıb: “Avropa İttifaqı və Azərbaycanın münasibətlərin inkişafında ümumi maraqları var. Məqsədimiz geniş və hərtərəfli əməkdaşlığa nail olmaqdan ibarətdir. Münasibətlərdə hələ də bəzi çətinliklər var, lakin hazırda siyasi və iqtisadi əməkdaşlığın eyni vaxtda inkişafının zəruriliyini anlamağa daha yaxınıq".

Modern.az

   
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?