
London və Nyu-York birjalarında neftin qiyməti artmaqda davam edir.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, WTI markalı yüngül neft Nyu-York birjalarında 0,06% bahalaşaraq 33,77 dollara çatıb.
Londonun ICE Futures birjasında isə Brent markalı neftin aprel satışları 0,15% dəyər qazanaraq 1 barel üçün 36,54 dollar olub.
Ekspertlər bunu OPEK ölkələrinin gündəlik neft hasilatını azaltmaq planları ilə əlaqələndirirlər.
Vüqar İsmayılov