Modern.az

Ağ ördəyin qara yumurtası - FOTO

Ağ ördəyin qara yumurtası - FOTO

1 Mart 2016, 11:17


Ağstafada maraqlı hadisə baş verib. Rayonun Aşağı Kəsəmən kənd sakini 38 yaşlı Bəhruz Nağıyevin təsərrüfatında saxladığı ördək sahibini təəccübləndirib. Belə ki, ağ ördək qara yumurta yumurtlayıb. İlk yumurta ev sahibinin diqqətini bir o qədər çəkməsə də, növbəti günlərdə qara yumurtaların sayı 4-ə çatıb.

Bəhruz Nağıyev AzərTAc-a bildirib ki, ilk dəfədir belə hala rast gəlir. Yumurtalardan 3-nü sındırıb, lakin heç bir fərq tapmayıb.

Kəndlilər ev quşunun qara rəngdə yumurtlamasını qeyri-adi hal kimi qarşılasalar da, mütəxəssislər bunun səbəbini orqanizmdə olan çatışmazlıqlarla əlaqələndirirlər. Baytarlar bildirirlər ki, ev quşunun hər hansı daxili orqanında yaranan problemlər bu cür hallara səbəb ola bilir.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?